Dünya

Süni intellekt çağrı mərkəzi əməkdaşlarını əvəz etdi

Sharing is caring!


Hindistanın elektron ticarət startapı “Dukaan”ın baş direktoru Summit Şah müştərilərə dəstək agentlərinin 90%-ni insanlardan daha səmərəli olduğunu sübut edən çatbotla əvəz edib.

Şahın sözlərinə görə, insan operatorlarını əvəz edən çatbot “Dukaan” əməkdaşlarından biri tərəfindən iki günə yaradılıb. Şirkət rəhbəri iddia edir ki, bot insanlardan dəfələrlə effektlidir.

Operator orta hesabla bir dəqiqə 44 saniyəyə cavab hazırlayırsa, proqram dərhal cavab verir. Şah bildirib ki, bot müştəri problemini həll etmək üçün orta vaxtı 98% azaldıb.

Qeyd olunur ki, ixtisarlar nəticəsində 23 nəfər işini itirib, lakin əvəzində şirkətin dəstək mərkəzi xərcləri təxminən 85% azalıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir