İdman

Azərbaycan karateçiləri Seriya A turnirində

Sharing is caring!

10-12 Mart tarixlərində Türkiyənin Konya şəhərində mövsümün 2-ci Karate1 Seriya A turniri keçiriləcək.

Azərbaycan Milli Karate Federasiyasından (AKMF) verilən məlumata görə, nüfuzlu yarışda 10 idmançımız, o cümlədən qadınlardan Xumar Əlibəyova (50 kq), Suada Kərimova (55 kq), kişilər arasında isə Mircəlal Ələsgərov, Ramil Baxşəliyev (60 kq), Hüseyn Məmmədli (67 kq), Samir İbrahimov, Məcid Əmirov, Tural Ələkbərli, Tale Yaqubov və Nicat Kərimli (75 kq) mübarizə aparacaqlar. Milli komandanın üzvlərini AMKF-in Sumqayıt şəhəri üzrə nümayəndəsi Akif Kərimov müşayiət edəcək. 

Konyadakı turnirdə 76 ölkədən mindən artıq karateçi iştirak edir. Karate1 silsiləsindən Seriya A turnirlərində dünya reytinqinin 32-ci pilləsindən aşağı yer tutan idmançılar mübarizə aparır. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir