Dünya

İranda siyasi məhbus evinə məktub yazdığı üçün cəzası iki ildən çox artırıldı – FOTO

Sharing is caring!


İranda siyasi məhbusun cəzası iki il yarıma qədər artırılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı İran İnsan Haqları Mərkəzinin məlumatına istinadla xəbər verib.

Bildirilir ki, buna səbəb Haşim Xastarın xatirələrini həbsxanadan kənara göndərməsi olub.

Haşim Xastar məhkəmədə öz müdafiə çıxışında dörd illik məhbusluq həyatında yalnız iki dəfə ailəsi ilə görüşdüyünü, yeddi ay isə təkadamlıq kamerada saxlanıldığını deyib.

“İkincisi, Cəvahirləl Nehru (görkəmli hind siyasi xadimi) və başqaları öz ailələrinə məktublar göndəriblər, həmin məktublar sonralar kitab şəklində çapdan çıxıb. Mənim öz xatirələrimi həbsxanada yazıb göndərməyim niyə cinayətdir?” – deyə o, hakimlərdən soruşub.

Qeyd edək ki, o, “Xameneini təhqir etmək və rejim əleyhinə təbliğat aparmaq” ittihamları ilə həbs olunub.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir