Dünya

Daha bir məşhur futbolçu Səudiyyə Ərəbistanına köçdü – FOTO

Sharing is caring!


Səudiyyə Ərəbistanı “Əl-Hilal”ı daha bir ulduz futbolçunun transferini reallaşdırıb.

Klub “Latsio”nun serbiyalı yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviçi heyətinə qatıb. Məlumatı Asiya təmsilçisinin mətbuat xidməti yayıb.

Tərəflər üçillik müqavilə imzalayıblar. Bu transfer ərəblərə 40 milyon avroya başa gəlib. 28 yaşlı futbolçu “Əl-Hilal”da ilinə 20 milyon avro qazanacaq.

Qeyd edək ki, Milinkoviç-Saviç 2015-ci ildən “Latsio”da çıxış edirdi.

Xatırladaq ki, “Əl-Hilal” daha əvvəl “Vulverhempton”dan Ruben Neveş və “Çelsi”dən Kalidu Kulibalini transfer edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir