Dünya

İlon Mask süni intellekt şirkəti yaratdı

Sharing is caring!


İlon Mask süni intellekt məsələləri ilə məşğul olacaq şirkətin yaradılmasını elan edib.

“Reallığı anlamaq üçün xAI-nin yaradılmasını elan edirik”, – o, çərşənbə günü “Twitter”d’ yazıb.

Eyni zamanda x.ai internet saytı da fəaliyyətə başlayıb.

Şirkətə “Google”, “Microsoft” və texnologiya sektorundan olan digər şirkətlərin keçmiş işçilərinin cəlb ediləcəyi bildirilib.

Mask həmçinin iyulun 14-də “Twitter Spaces” yayımı zamanı yeni şirkətlə bağlı sualları cavablandıracağını açıqlayıb.

Qeyd edək ki, milyarder yeni şirkətini mart ayında Nevada ştatında qeydiyyatdan keçirib, lakin həmin vaxtdan bəri onun startapı haqqında yeni məlumat yox idi. Mask dəfələrlə süni intellekti həm perspektivli, həm də təhlükəli texnologiya adlandırıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir