Dünya manset

Minlərlə suriyalı qayıdır – Şok planın detalları üzə çıxdı

Sharing is caring!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasında çıxışı zamanı barəsində bəhs etdiyi “təhlükəsiz bölgə” planının detalları üzə çıxıb.

XəbərAl.az xəbər verir ki, plana əsasən Suriyanın şimalında 5 min əhalisi olan 140 kənd və 10 minlik əhalisi olan 10 mahaldan ibarət yaşayış sahəsi yaradılacaq.

Ümumən Türkiyə ilə sərhəddə qurulacaq bölgədə 1 milyon suriyalının yerləşdirilməsi nəzərdə tutulub.

Kəndlərdə 2 məscid, 2 məktəb, 1 gənclər mərkəzi və qapalı idman zalının tikiləcəyi planlaşdırılıb. Hər ailəyə evlə yanaşı kənd təsərrüfatı ilə məşğul olmaq üçün torpaq sahəsi də veriləcək.

Bir kəndin salınması üçün 92.6 milyon, torpaq sahəsi üçün 140 milyon metrlik ərazi tələb olunur.

1 milyon nəfərin yerləşməsi üçün inşaat xərcləri təxminən 150 milyard 965 milyon 400 min lirə məbləğə başa gələcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir