Cəmiyyət manset

QHT ƏHALİNİN HƏSSAS QRUPLARINI İSMAYILLIYA TURA APARIR

Sharing is caring!

 

XəbərAl.az xəbər verir ki,Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə ”Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi“ ictimai birliyi ”Əhalinin həssas qruplarının Azərbaycanın tarixi və görməli yerlərinə səyahətlərin təşkili” layihəsi çərçivəsində İsmayıllı rayonunun tarixi yerlərinə səyahət təşkil edir. Layihə həssas qruplara psixoloji dəstək üçün tarixi yerlərə səyahətlərin təşkil edilməsi nəticəsində onların aktivliyinin artırılmasına xidmət edir. Onların cəmiyyətə adaptasiya olunaraq gərəkli fərd olmaları üçün belə tədbirlərin təşkilinə həsr olunur.Həssas qruplar səyahətdə iki dəfə çay süfrəsi veriləcək və bir dəfə isti yeməklə təmin olunacaqlar.”Əhalinin həssas qruplarının Azərbaycanın tarixi və görməli yerlərinə səyahətlərin təşkili” layihəsinin rəhbəri Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi ictimai birliyinin sədri Şəbnəm Rəfaelqızıdır.

”Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi” ictimai birliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir