Dünya

Çempionlar Liqası: I təsnifat mərhələsində ilk oyunlara yekun vuruldu

Sharing is caring!


UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk matçlarına yekun vurulub.

Oxu.Az xəbər verir ki,  ikinci oyun günündə 5 qarşılaşma baş tutub.

Günün ilk matçı Qazaxıstanda “Astana” və Gürcüstanın “Dinamo” (Tbilisi) komandası arasında olub. 2 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib.

Slovakiyada “Slovan” və Lüksemburqun “Svift Hesperange” klublarının iştirakı ilə oynanılan günün son dueli də eyni hesabla başa çatıb – 1:1.

UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
12 iyul

“Astana” (Qazaxıstan) – “Dinamo” (Tbilisi, Gürcüstan) – 1:1
Qollar:
 Abat Aymbetov, 11 – Qabriel Siqua, 57

HIK (Finlandiya) – “Larne” (Şimali İrlandiya) – 1:0
Qol:
 Boyan Raduloviç, 3 (penalti)

“Haken” (İsveç) – TNS (Uels) – 3:1
Qollar:
 İbrahim Sadiq, 7. Mikkel Rüqor, 13. Even Hovland, 37 – Deklan Makmanus, 32

“Farul” (Rumıniya) – “Şerif” (Moldova) – 1:0
Qol:
 David Kiki, 56

 “Slovan” (Slovakiya) – “Svift Hesperange” (Lüksemburq) – 1:1
Qollar:
 Vladimir Vayss, 25 – Dominik Ştolts, 22 (penalti)
Qırmızı vərəqə: Yuray Kutska, 45+6 (“Slovan”)

Qeyd edək ki, I təsnifat mərhələsinin cavab oyunları 18-19 iyulda keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir