Dünya

Numan Kurtulmuş Azərbaycan parlamentinin spikeri ilə görüşüb – FOTO

Sharing is caring!


Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova ilə görüşüb.

Bu barədə məlumat N.Kurtulmuşun “Twitter” səhifəsində dərc edilib.

“Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə əvvəlcə təkbətək, daha sonra isə iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə görüş oldu.

Türkiyə ilə Azərbaycan arasındakı əlaqələri, regional hadisələri müzakirə etdiyimiz görüşlərdə parlamentlərimiz arasında təmas və əməkdaşlıq səviyyəsindən qarşılıqlı olaraq məmnunluğumuzu ifadə etdik”, – Numan Kurtulmuşun səhifəsində dərc edilən məlumatda qeyd olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir