Dünya

“ABŞ hökuməti “F-16”ların qarşılığında Türkiyəyə şərt qoyulmayacağına zəmanət vermir”

Sharing is caring!


“ABŞ hökuməti Konqres üzvlərinin “F-16” qırıcılarının Türkiyəyə təhvil verilməsini təsdiqləmək üçün Ankaranı müəyyən şərtləri yerinə yetirməyə məcbur etməyəcəyinə zəmanət vermir”.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller “Türkiyəyə “F-16”ların satışının heç bir şərt olmadan həyata keçiriləcəyinə ABŞ Dövlət Departamenti zəmanət verə bilərmi” sualını cavablandırarkən bildirib.

“Mən bunu edə bilmərəm. Çünki Konqres üzvlərinin adından danışa bilmərəm. Türkiyəyə “F-16” satışını dəstəklədiyimizi və bu istiqamətdə irəliləmək niyyətində olduğumuzu deyə bilərəm. Lakin satış çərçivəsində mühüm aspekt var. Bu, Konqres tərəfindən təsdiqlənməlidir”, – deyə M.Miller vurğulayıb.

Departamentin sözçüsü əlavə edib ki, ABŞ tərəfi sövdələşmədə maraqlıdır və dövlət katibi Antoni Blinken Ankara ilə dəfələrlə döyüş təyyarələrinin satışını müzakirə edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir