Dünya

“Taliban” bütün müsəlmanları İsveçlə əlaqələrə son qoymağa çağırıb

Sharing is caring!


Əfqanıstanda siyasi hakimiyyətə gələn “Taliban” hərəkatı İsveç dövləti ilə bütün əlaqələrin dayandırıldığını bəyan edib.

“Taliban” rəhbərliyi qərarın iyunun 28-də Stokholmun mərkəzində müqəddəs Quran kitabının yandırılması ilə əlaqədar qəbul edildiyini vurğulayıb.

“Taliban”ın yaydığı bəyannamədə digər ölkələrdən, xüsusən də islam ölkələrindən İsveçlə qarşılıqlı əlaqələrə yenidən baxmaq xahiş olunur.

Xatırladaq ki, iyunun 28-də Stokholmun mərkəzində Medboryarplatsen meydanında 37 yaşlı iraqlı qaçqın Salvan Momika Quranın nüsxəsini yandırmaqla aksiya keçirib. Bu hadisə xüsusən müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdə ciddi etirazlarla qarşılanıb.

Mənbə: Aamaj News

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir