Dünya

İsrail Müdafiə Qüvvələri HƏMAS-ın yüksəkrütbəli hərbçilərini məhv etdi

Sharing is caring!


İsrail Müdafiə Qüvvələri HƏMAS-ın “Xan Yunis”  Briqadasının tank əleyhinə raket kompleksinin komandirini və HƏMAS-ın keçmiş hərbi kəşfiyyat rəhbərini məhv edib.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, məhv edilən HƏMAS-ın “Xan Yunis” Briqadasının tank əleyhinə raket kompleksinin komandiri Yaakub Aaşur İsrail Müdafiə Qüvvələri əsgərlərinə qarşı hücumların planlaşdırılmasında və həyata keçirilməsində iştirak edib.

Həmçinin HƏMAS-ın yüksəkrütbəli hərbçisi Məhəmməd Hamis Dababaş da məhv edilib. O, əvvəllər HƏMAS-ın hərbi kəşfiyyatının rəhbəri olub. Son iki ildə HƏMAS-ın Siyasi Büroda xarici əlaqələr üzrə rəhbəri Zəkəriyyə Əbu Maamarın katibi kimi çalışıb, eyni zamanda Qəzza zolağında milli və islami fraksiyaların sammitində HƏMAS nümayəndəsi olub. Hamis 2002-ci ilin martında beş israillinin öldürüldüyü Asmona icmasına qarşı terror hücumunun idarə olunmasında iştirak edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir