Dünya

Ukraynada müharibədə həlak olan azərbaycanlıların sayı açıqlandı – VİDEO

Sharing is caring!


Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, bir müddətdir hökm sürən səssizlikdən sonra ötən gecə Kiyev yenidən hücuma məruz qalıb. Belə ki, Rusiya öz ərazisindən şəhərə dron hücumları edib.

Qeyd edilib ki, Ukraynanın Zaporojyedə əks-hücum həmlələri qarşılığında Rusiya uzaq və yaxınmənzilli artilleriya qurğularından istifadə edərək əraziləri dağıntılara məruz qoyur:

“Zərbələr nəticəsində Orexovo şəhərində böyük yaşayış binası dağılıb. Ukraynalı hərbçilər və mülki şəxslər həlak olublar”.

M.Aslanovun sözlərinə görə, bu ilin əvvəlindən bu günə qədər Ukraynada təxminən 24 azərbaycanlı həlak olub. Onlardan üçü Ukrayna Silahlı Qüvvələrində xidmət edib. Müharibə başladığı andan bu günə qədər isə 125 azərbaycanlı həlak olub, 80-ə yaxın şəxs yaralanıb, 60-a yaxın şəxs isə itkin düşüb.

Ətraflı videonu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir