Dünya

Romanın mərkəzində ilahənin mərmər başı aşkarlanıb – FOTO

Sharing is caring!


Romanın mərkəzində – Avqust meydanında yenidənquma işləri zamanı inşaatçılar ağ mərmərdən bir baş tapıblar.  

Bu barədə İtaliya paytaxtının meri Roberto Qualtieri məlumat verib. O bildirib ki, hazırda arxeoloqlar və bərpaçılar heykəlin qalıqlarını tədqiq edirlər.

Başın müəyyən bir tanrıçanın, çox güman ki, Afrodita heykəlinin bir hissəsi olduğu təxmin edilir.

Qualtieri başın “ikinci dərəcəli tikinti materialı”  kimi istifadə edildiyini güman edir və xatırladır ki, orta əsrlərdə belə hallar tez-tez olurdu.

Bundan başqa mer tapıntının şəhərin tarixi haqqında yeni biliklər əldə etməyə kömək edəcəyinə də ümid edir.

Mənbə: mk.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir