Dünya

Madonna reanimasiyaya yerləşdirildi

Sharing is caring!


Amerikalı məşhur müğənni Madonna həddindən artıq dozada narkotik qəbul etdiyi üçün xəstəxanaya yerləşdirilib.

Bu barədə Qərb mediasında xəbərlər dərc olunub.

Məlumata görə, müğənni Nyu-Yorkdakı mənzilində huşsuz vəziyyətdə tapılıb və ona təcili olaraq “Narcan” inyeksiyası vurulub ki, bu da həddən artıq narkotik qəbulu zamanı təcili hallarda istifadə olunan preparatdır. Eyni zamanda hadisə ilə bağlı rəsmi versiyada bildirilir ki, qeyd edilən preparat sənətçiyə bakterial infeksiyanın səbəb olduğu septik şokla mübarizə məqsədilə vurulub.

Xatırladaq ki, iyunun sonunda Madonnanın meneceri bildirmişdi ki, sənətçidə bakterial infeksiya aşkarlanıb və müğənninin etirazına baxmayaraq reanimasiyaya yerləşdirilib. Bir neçə gün sonra Madonna özünü yaxşı hiss edib və xəstəxanadan evə buraxılıb.

Mənbə: mk.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir