Dünya

NATO ölkələri Stoltenberqə xəbərdarlıq etdi: “Təhlükə var”

Sharing is caring!


Polşa, Litva və Latviya Rusiyanın təcavüzkar hərəkətlərinin yaratdığı təhlükə və Belarusda yaranan vəziyyətlə əlaqədar NATO Baş katibi Yens Stoltenberqə müraciət edib.

Polşa, Litva və Latviya prezidentləri adından məktub təkcə baş katibə deyil, həm də Alyansa üzv olan digər ölkələrin rəhbərlərinə də göndərilib.

“Rusiya ilə Belarus arasında əməkdaşlıq regionun və bütün Avro-Atlantik məkanın təhlükəsizliklə bağlı vəziyyəti daha da pisləşdirib, – deyə prezidentlər Andjey Duda, Qitanas Nauseda və Eqils Levits narahatlıqlarını dilə gətiriblər.

Məktubda həmçinin qeyd olunub ki, Rusiyanın Ukraynaya qarşı müharibədə Belarus ərazisindən istifadə etməsi, eləcə də Belarus torpaqlarında taktiki nüvə silahı yerləşdirməsi eskalasiya addımı hesab edilir və birbaşa icmanın təhlükəsizliyinə təhdiddir.

Mənbə: CNN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir