Dünya

Kolumbiyada yüzlərlə insan “pomidor döyüşü”nə çıxdı: Ortalıq “qan gölü”nə döndü – VİDEO

Sharing is caring!


Kolumbiyanın Stumarçan şəhərində bölgəyə məxsus “Tomatina” festivalı keçirilib.

Yüzlərlə insan bölgədəki fermerlərin bağışladığı 35 ton çürük pomidoru bir-birilərinin üzərinə atıb. Qısa müddət sonra ortalıq qıpqırmızı rəng alıb.

Festival üçün yaradılmış əraziyə yük maşınları ilə gətirilən pomidorlar ot örtüyünün üzərinə töküldükdən sonra start fiti çalınıb və insan kütləsi sahəyə axışıb, əllərində olan pomidorları bir-birinin üzərilərinə atmağa başlayıblar. Hətta bundan “gözü doymayan” bəzi iştirakçılar pomidor yığınının içinə atılaraq qırmızı rəngə boyanıblar.

Tədbirin sonunda pomidorların hamısı “tomat pasta”sına çevrilib, “döyüşçülər”in paltarına yapışan əzilmiş pomidorlar isə təzyiqlə su vurularaq təmizlənib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir