Dünya

Soros 25 milyard dollarlıq fond imperiyasına nəzarəti oğluna təhvil verib – FOTO

Sharing is caring!


Amerikalı maliyyəçi Corc Soros 25 milyard dollarlıq fond imperiyasına nəzarəti 37 yaşlı oğluna təhvil vermək qərarına gəlib.

Dekabrda 92 yaşlı maliyyəçinin Açıq Cəmiyyət fondlarının idarə heyəti onun oğlu Aleksandrı sədr seçib. Milyarderin yerini 37 yaşlı oğlu tutub. Hazırda Aleksandr Sorosun Siyasi Fəaliyyət Komitəsinin prezidenti vəzifəsini də icra edir.

Aleks Soros təşkilatın sədri vəzifəsinə seçildikdən sonra amerikalı solçu siyasətçiləri dəstəkləməyə davam edəcəyini açıqlayıb. Eyni zamanda, o, səsvermə hüququ və abort hüququ ilə bağlı mübahisələrdə daha fəal iştirak etmək istədiyini bildirib. Bundan əlavə, gənc milyarder Donald Trampın 2024-cü ildə ABŞ prezidenti postuna yenidən seçilə biləcəyindən narahatdır.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir