Dünya

20 NATO ölkəsi Ukraynanın alyansa üzvlüyünü rəsmən dəstəkləyib

Sharing is caring!


Şənbə günü Kanadanın müvafiq bəyannaməni imzalanmasından sonra Ukraynanın NATO-ya üzvlüyünə rəsmi dəstək verən dövlətlərin sayı 20-yə çatıb.

Bunu Ukrayna Prezident Aparatı rəhbərinin müavini İqor Jovkva deyib.

Məlumata görə, Kanadanın baş naziri Castin Trüdo şənbə günü elan olunmamış səfərlə Kiyevə gəlib. O, prezident Volodimir Zelenski ilə Ottavanın “şərtlər imkan verən kimi” Ukraynanın NATO-ya daxil olmasını rəsmən dəstəklədiyi bəyannaməni imzalayıb.

Həmçinin, Kanada NATO – Ukrayna Şurasının yaradılmasına da tərəfdar çıxıb. Bu, Ukrayna və Alyans arasında yeni qarşılıqlı fəaliyyət mexanizmi üçün ilk belə ictimai dəstək olub.

Qeyd edək ki, may ayında Avropa paytaxtlarına səfəri çərçivəsində prezident Zelenski İtaliya, Almaniya və Fransa liderləri ilə də Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyən bəyannamələr imzalayıb.

Mənbə: eurointegration.com.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir