Cəmiyyət

Şəmkirdə 2 avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

Sharing is caring!


Şəmkir rayonunda avtomobil qəzası olub, bir ailənin 3 üzvü xəsarət alıb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Şəmkir rayonunun Yeni Həyat kəndində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Nargilə Bayramova, onun oğlu, 2016-cı il təvəllüdlü F.Qurbanov, qızı, 2018-ci il təvəllüdlü Z.Qurbanova və digər avtomobildə olan 2005-ci il təvəllüdlü Nizami Həsənov xəsarət alıb.

Zərərçəkmişlər xəstəxanaya aparılıb, vəziyyətləri kafi və qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir