Dünya

Kiyevlilər BMT-nin avtomobillərini rənglədilər – FOTO

Sharing is caring!


Ukraynanın paytaxtı Kiyevdə BMT əməkdaşlarının xidməti avtomobilləri rənglənib.

Yerli sakinlər bu aksiyanı təşkilatın ötən gün Kaxovka Su Elektrik Stansiyasında törədilən hücuma biganə münasibət göstərməsinə etiraz əlaməti olaraq həyata keçiriblər.

Kiyevlilər BMT missiyası avtomobillərinin üzərindəki U hərfinin arxasına “seless” yazaraq (useless ingilis dilindən tərcümədə “faydasız”, “gərəksiz” mənasını verir – red.) təşkilatın SES-də baş vermiş hadisəyə laqeyd münasibətinə etiraz ediblər.

Mənbə: Unian

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir