Dünya

Rusiyadan Çinə gedən tanker Süveyş kanalında qəzaya uğrayıb

Sharing is caring!


Rusiyadan Çinə gedən neft tankeri sıradan çıxaraq Süveyş kanalında qalıb.

O, bir müddət kanaldakı hərəkətə mane olsa da, qısa müddət sonra kanal boyunca gəmilərin hərəkəti bərpa edilib.

“Seavigour” tankerinin köməyinə isə Misirdən üç yedək gəmisi göndərilib və onu Süveyş kanalının daha geniş hissəsinə sürükləyib.

İndi tanker təmir edilməlidir.

Xatırladaq ki, 2021-ci ildə 400 metrlik konteyner gəmisi “Ever Given” kanalda ilişərək nəhəng tıxac yaradıb və qlobal gəmi daşımalarının logistikası pozulub. Şirkətlərə milyardlarla dollar ziyan dəyib.

Mənbə: ren tv

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir