Dünya

ABŞ Rusiya və Belarusa 1224 məhsulun ixracını qadağan etdi

Sharing is caring!


ABŞ administrasiyası Rusiya və Belarusa ixrac nəzarəti rejimini, həmçinin bu ölkələrin sənaye sektorlarına qarşı sanksiyaları sərtləşdirir.

Bu barədə cümə günü ABŞ Ticarət Nazirliyinin yaydığı bildirişdə deyilir.

Bildirilir ki, söhbət 1224 adda sənaye məhsulunun qadağalar siyahısına əlavə edilməsindən gedir. Artıq həmin malların Rusiyaya və ya Belarusa ixracı üçün lisenziya tələb olunacaq. 1224 sənaye məhsuluna qoyulan məhdudiyyətlər Rusiya və Belarusun sənaye bazalarını, onların Ukraynada hərbi təcavüzünü dəstəkləməyə davam etmək imkanlarını daha da zəiflətmək məqsədi daşıyır.

İxracı qadağan edilən malların siyahısına telefonlar, diktofonlar, mikrofonlar, xalçalar, kosmetika, ətriyyat, həmçinin spirt və saatlar əlavə olunub.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir