Dünya

Rusiyada qızcığazın alnından “at buynuzu” çıxarıldı – FOTO

Sharing is caring!


Rusiyanın paytaxtı Moskva ətrafındakı yaşayış bölgəsində azyaşlı qızın alnından oyuncaq təkbuynuzlu atın buynuzu çıxarılıb.

Məlumata görə, qızcığaz iki il ərzində bu buynuzla yaşayıb.

Bu yaxınlarda 7 yaşlı qızın valideynləri Vidnovskaya xəstəxanasına müraciət ediblər. Onlar qızın alnında kiçik şiş olduğunu görüblər və buna görə narahat olublar.

Həkimlər ultrasəs müayinəsi nəticəsində bu şişin oyuncaq təkbuynuzlu atın buynuzu olduğunu müəyyən ediblər. 

Belə ki, iki il əvvəl qızcığaz oyuncağın üzərinə yıxılıb və alnını zədələyib. Valideynləri o zaman yaranı təmizləyib və çapıq əleyhinə gel vurublar, lakin oyuncağın bir hissəsinin qızın başında qaldığının fərqinə varmayıblar.

Bu dəfə nəhayət ki, uşağın alnındakı buynuz çıxarılıb.

Mənbə: “Baza” “Telegram”  

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir