Cəmiyyət

Abşeronda gənc oğlan bıçaqlanıb

Sharing is caring!


Masazır qəsəbəsində dava zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə “Qurtuluş 93” yaşayış kompleksinin həyətində baş verib.

Belə ki, 2006-ci il təvəllüdlü Polad Fuad oğlu Mirzəyev şəxsi münasibətlər zəminində tanışı ilə dava edib. Dava zamanı ona bir neçə bıçaq zərbəsi vurulub.

Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir