Dünya

Avropa Yenidənqurma və İnkişaf Bankının Avrasiyada infrastruktur üzrə direktoru ilə görüş keçirilib – FOTO

Sharing is caring!


Avropa Yenidənqurma və İnkişaf Bankının Avrasiyada infrastruktur üzrə direktoru Yekaterina Miroşnik ilə görüşdə bankın ölkəmizdə həyata keçirilən dövlət-özəl sektor tərəfdaşlığı və infrastruktur layihələrində iştirakına dair müzakirə aparılıb.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının Özbəkistanın Səmərqənd şəhərində keçirilən Rəhbərlər Şurasının 32-ci İllik Toplantısı çərçivəsində bankın Avrasiyada infrastruktur üzrə direktoru Yekaterina Miroşniklə görüşüb.

Görüşdə Azərbaycanın bankla uğurlu əməkdaşlığı vurğulanıb, ölkəmizin sosial-iqtisadi inkişaf prioritetləri, həyata keçirilən infrastruktur layihələri barədə məlumat verilib, qarşıya qoyulmuş hədəflərin reallaşdırılması istiqamətində tərəfdaşlıq potensialı diqqətə çatdırılıb.

Tərəflər əməkdaşlığın genişləndirilməsi istiqamətləri, həmçinin bankın ölkəmizdə həyata keçirilən dövlət-özəl sektor tərəfdaşlığı və infrastruktur layihələrində iştirakını müzakirə ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir