Dünya

Keçmiş kanslerin həyat yoldaşı Rusiya səfirliyinə getdiyi üçün işdən qovulub

Sharing is caring!


Almaniyanın keçmiş federal kansleri Gerhard Şröderin həyat yoldaşı So Yon Kim-Şröder mayın 9-da Rusiya səfirliyinə baş çəkdikdən sonra “NRW.Global Business”dən qovulub.

Şirkət nümayəndələrinin sözlərinə görə, onlar siyasi cəhətdən həssas mövzularda, o cümlədən Ukraynada xüsusi əməliyyat barədə açıqlamaların qadağan edilməsi ilə dəfələrlə Kim-Şröderə xəbərdarlıq ediblər.

Qeyd edilir ki, alman siyasətçinin həyat yoldaşı “NRW.Global Business”in Cənubi Koreyada nümayəndəsi kimi işləyib.

Xatırladaq ki, mayın 9-da Rusiyanın Almaniyadakı səfirliyində II Dünya müharibəsində Qələbənin 78-ci ildönümü münasibətilə təntənəli qəbul təşkil olunub.

Mənbə: MK.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir