Kriminal

Ayrılmaq istədiyini dedi, bıçaqlandı

Sharing is caring!


Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Günay Həsənovanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

İttihama görə, hadisə Sumqayıt şəhəri, “Yaşıl dərə” bağlar massivində yerləşən fərdi yaşayış evində qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Günay Həsənova evinin mətbəxində olan zaman sevgi münasibətində olduğu zərərçəkmiş Qalib Məmmədovla (şərti) qısqanclıq zəminində mübahisə edib. Zərərçəkmiş ona qarşı səbəbsiz olaraq qısqanclıq etməsinə görə qadından ayrılacağını bildirib. Günay da bundan əsəbiləşib və onların arasında mübahisə davam edib. Nəticədə qadın mətbəx bıçağı ilə qəsdən Qalibin döş qəfəsinin sol yarısına arxa tərəfindən bir dəfə zərbə vuraraq ona xəsarət yetirib.

Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham irəli sürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir