Dünya

Almaniyada “Mercedes-Benz” zavodu atəşə tutuldu – FOTO

Sharing is caring!


Almaniyada naməlum şəxs “Mercedes-Benz” zavodunu atəşə tutub.

İnsident Zindelfinqen şəhərində (Baden-Vürtemberq əyaləti) yerləşən “Mercedes-Benz” zavodunda baş verib.

İlkin məlumata görə, atışma nəticəsində bir nəfər ölüb. Daha bir nəfər yaralanıb. Onun vəziyyəti barədə məlumat verilmir. Hadisənin nədən baş verdiyi məlum deyil.

“Vəziyyət nəzarət altındadır”, – deyə Lüdviqsburq Polis Departamentinin sözçüsü bildirib.

Məlumata görə, hadisəni törədən 53 yaşlı kişi saxlanılıb. Polis ehtimal edir ki, o, təkbaşına və heç bir şəriki olmadan hərəkət edib.

Mənbə: www.sueddeutsche.de

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir