Dünya

İranda hər sutkada dörd nəfər edam edilir – FOTO

Sharing is caring!


İran İnsan Haqları Təşkilatının mayın 5-də yaydığı hesabatına görə, ötən 10 gün ərzində İranda hər 6 saatda bir nəfər, yəni hər sutkada 4 nəfər dar ağacından asılaraq öldürülüb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Hesabatda 10 gün ərzində 42 məhkumun edam edildiyi və onlardan 22-nin etnik bəluc məhbus olduğu qeyd edilib.

İran İnsan Haqları Təşkilatı öz hesabatında Kərəcdəki Qızıl-Hisar həbsxanasında genişmiqyaslı edamların icrası riski ilə bağlı xəbərdarlıq edib. Təşkilat beynəlxalq ictimaiyyəti artan bu edam dalğasına dərhal və müvafiq reaksiya göstərməyə çağırıb.

Adıçəkilən təşkilatın hesabatında 2023-cü ilin dörd ayı ərzində İran zindanlarında 194 məhkumun edam olunduğu diqqətə çatdırılıb.

Qeyd edək ki, mayın 6-sı səhər saatlarında Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhər həbsxanasında daha 2 məhkumun edam cəzası həyata keçirilib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir