Dünya

Bill Klinton 2011-ci ildə Putinin Ukraynaya hücum edəcəyindən xəbərdar olub

Sharing is caring!


ABŞ-nin keçmiş Prezidenti Bill Klinton hələ 2011-ci ildə Rusiya lideri Vladimir Putinin Ukraynaya hücum etmək niyyətindən xəbərdar olduğunu bildirib.  

Klinton bu barədə Davosda müzakirələr zamanı deyib.

Onun sözlərinə görə, 2011-ci ildə Putinlə görüşdən sonra dərhal anlayıb ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi yalnız zaman məsələsidir.

Klintonun sözlərinə görə, görüş zamanı Putin 1990-cı illərdə ozamankı Rusiya Prezidenti Boris Yeltsin tərəfindən imzalanan Budapeşt Memorandumunu rədd edib. Məlum olduğu kimi, müqavilə nüvə silahı müqabilində Ukraynanın ərazi bütövlüyünə hörmət olunmasına zəmanət verirdi.

“2011-ci ildə – Krımın ələ keçirilməsindən üç il əvvəl – Vladimir Putin mənə Yeltsinlə bağladığım müqavilə ilə razılaşmadığını söylədi. Putin bu müqaviləni dəstəkləmədiyini və buna bir aidiyyəti olmadığını bildirdi. O gündən mən bilirdim ki, bu sadəcə olaraq zaman məsələsidir”, – deyə Klinton əlavə edib.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir