Dünya

Hindistan və Rusiya ikitərəfli ticarətdə valyuta ilə bağlı razılığa gələ bilmədilər

Sharing is caring!


Hindistan və Rusiya arasında ticarətin rupi ilə aparılması ilə bağlı danışıqlar dayandırılıb. Aylarla davam edən danışıqlara baxmayaraq, hələ də hər iki tərəfə uyğun variant tapmaq mümkün olmayıb.

Bəzi mənbələrə görə, Rusiya hökuməti Hindistanla ikitərəfli ticarəti yuan və ya başqa valyuta ilə həll etməyə üstünlük verəcək, digər mənbədən isə bildirilib ki, Hindistan artıq rupi ilə ticarətlə bağlı danışıqları davam etdirmək istəmir – Hindistan bunun effektli olmağı üçün əlindən gələni etsə də, bir faydası olmadı.

Qeyd edilir ki, Hindistan və Rusiya rupi hesablaşmalarına alternativ axtarışına başlayıb.

Mənbə: Reuters

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir