Dünya

Ərdoğan: “Gündəlik 100 min barel hasilat gücünə malik neft yatağı tapdıq”

Sharing is caring!


“Cudi Qabarda sutkada 100 min barel hasilat gücünə malik neft tapdıq”.

Bunu bir sıra infrastruktur layihələrin açılışı mərasiminə qatılan Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan bildirib.

O, qeyd edib ki, yeni yataq Cizrədən 20 km aralıda, 2600 metr dərinlikdə aşkar edilib.

“Mən sizinlə yeni bir müjdəni paylaşmaq istəyirəm. Biz Cudi Qabarda sutkada 100 min barel hasilat gücünə malik neft tapdıq. Bunun nə demək olduğunu bilirsinizmi? Ey terrorçular, sizi o neft quyularında basdıracağıq. Mənbəyi sələmçilərdə yox, ölkəmizin öz təbii sərvətlərində axtarırıq. Artıq birinci quyudan aldığımız nefti emal zavodlarına göndərməyə başlamışıq. Bu neft ehtiyatı çox yüksək keyfiyyətlidir”, – deyə dövlət başçısı bəyan edib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir