Dünya

Rusiya Polşa ilə diplomatik münasibətləri dayandıra bilər – FOTO

Sharing is caring!


Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ölkəsinin Polşa ilə diplomatik münasibətlərinin dayandırmasına çağırıb.

O, bildirib ki, Rusiyaya düşmən münasibət bəsləyənlərin hakimiyyətdə olduğu müddətcə Varşava ilə diplomatik əlaqələr saxlanılması mənasızdır.

Medvedev sosial şəbəkədəki açıqlamasında qeyd edib ki, Polşa Rusiya üçün mövcud olmamalıdır.

Xatırladaq ki, bu gün Varşava meriyası polisin müşayiəti ilə Rusiya səfirliyinin nəzdindəki məktəbin qapısını sındıraraq içəri daxil olub. Bu, Ukraynanı qəti şəkildə dəstəkləyən Polşa ilə Rusiyanın münasibətlərini daha da kəskinləşdirib.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir