Dünya

İranda Ayətullahın qətli nədən xəbər verir? – VİDEO

Sharing is caring!


İranın şimalındakı Babolsər şəhərində aprelin 26-da səs-küylü qətl hadisəsi baş verib.

İran mərkəzi bankının yerli şöbəsində ölkənin dini və siyasi dairələrində yaxşı tanınan və nüfuz sahibi olan Ayətullah Abbasəli Süleymani avtomat silahdan açılan atəş nəticəsində qətlə yetirilib.

Hadisə barədə yayılan ilkin rəsmi məlumatda qatilin saxlandığı bildirilib.

Belə ki, bir neçə saat sonra İran mediasında bankın təhlükəsizlik kamerasının hadisənin necə baş verdiyini əks etdirən görüntüləri yayılıb.

Videodan aydın görünür ki, qətli törədən şəxs əlində avtomat salonda ətrafı seyr edərək gəzir, sonra yaxınlıqda əyləşmiş Ayətullah Süleymaniyə arxadan yaxınlaşaraq atəş açır və soyuqqanlı şəkildə bir neçə addım aralanır, bundan sonra bankın iki mühafizəçisi ondan avtomatı almağa cəhd göstərir.

Videodan o da aydın olur ki, açılan atəş nəticəsində əmmaməsi yerə düşən ruhani yerindəcə keçinir.

75 yaşlı Ayətullah Süleymani sıradan bir ruhani deyildi. O, İranda ali rəhbəri seçən və onun fəaliyyətinə nəzarət edən Məcles-e Xobreqan, yəni Ekspertlər Şurası adlanan qurumun üzvü idi. Eyni zamanda o, 17 il ərzində ölkənin ən həssas bölgələrindən biri olan Sistan və Bəluçistan əyalətində İran ali rəhbəri Ayətullah Əli Xameneyinin nümayəndəsi və Zahidan şəhərinin imam-cüməsi olmuşdu. Daha sonra Kaşan şəhərində analoji vəzifəni tutub. Təsadüfi deyil ki, onun ölümü ilə əlaqədar Ayətullah Xameneyi və ölkə prezidenti İbrahim Rəisi ayrıca başsağlığı verib, Mazandaran əyalətində 3 günlük matəm elan edilib, Babolsərdə onunla təntənəli vida mərasimi təşkil olunub.

“Azad İran” “Youtube” kanalının mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir