Dünya

Braziliyada “Telegram”ın fəaliyyəti dayandırıldı

Sharing is caring!


Braziliya məhkəməsi “Telegram” sosial platformasının yerli neonasist qrupları və kanallarının administratorları və üzvlərinin tam məlumatlarını yerli polisə ötürmədiyi üçün ölkədə messencerin işini dayandırıb.

Məlumata görə, “Telegram” bəzi məlumatları paylaşıb, lakin bura, məsələn, istintaqı maraqlandıran telefon nömrələrini daxil etməyiblər.

Bununla əlaqədar olaraq, məhkəmə provayderlərə və tətbiq mağazalarına “Telegram”a girişi dərhal məhdudlaşdırmağı əmr edib.

Braziliya Federal Polisinin Kəşfiyyat İdarəsi bildirib ki, əsas telekommunikasiya operatorları, həmçinin “Google” və “Apple” korporasiyalarına tezliklə bu tələblə məktublar göndəriləcək.

Məhkəmə messencerin işini dayandırmaqla yanaşı, tələblərə əməl etmədiyi üçün şirkətə tətbiq edilən cəriməni də artırıb. İndi “Telegram” gündə 100 min əvəzinə bir milyon Braziliya realı (200 min dollar) ödəyəcək.

Qeyd edək ki, məhkəmə sisteminin “Telegram”a qarşı iddialarına səbəb 2022-ci ilin noyabrında Arakruz şəhərində (Espirito Santo ştatı) 16 yaşlı şagirdin iki məktəbə silahlı hücumu olub. İnsident nəticəsində 3 nəfər ölüb, 11 nəfər yaralanıb. İstintaq zamanı məlum olub ki, hücum edən şəxs bir neçə antisemit “Telegram” kanalının üzvü olub.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir