Cəmiyyət

Xızıda avtomobil piyadanı vuraraq öldürdü – FOTO

Sharing is caring!


Xızıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, qəza rayonun Giləzi qəsəbəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 65 yaşlı Atlan Məmmədovu “Renault” markalı avtomobil vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir