Dünya

Ukraynada itkin düşənlər arasında azərbaycanlılar da var – VİDEO

Sharing is caring!


Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə Donetsk vilayətinin Baxmut şəhəri ilə yanaşı, Avdeyevka, Mariinsk, Drujovkada da vəziyyət gərgin olub.

“Kramatorskdan 5 kilometrlik məsafədə yerləşən Drujovkada polis şöbəsi raket hücumu nəticəsində darmadağın olub”, – deyə jurnalist əlavə edib.

Həmçinin qeyd edilib ki, Xerson vilayətinə edilən aviahücumlar bir neçə kənddə onlarla evin dağılmasına səbəb olub.

Məlumata görə, Baxmut və Avdeyevka şəhərlərində çox sayda sakin itkin düşüb ki, onlar arasında azərbaycanlılar da var.

Ətraflı videonu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir