Dünya

Türkiyə Sudandan vətəndaşlarının təxliyəsinə başlayıb

Sharing is caring!


Türkiyə hakimiyyəti Sudandan 140 vətəndaşının təxliyəsinə başlayıb.

Bu barədə bazar günü Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Ordu ilə xüsusi təyinatlı qüvvələr arasında toqquşmaların baş verdiyi Sudandan 140 nəfərin təxliyəsi başlanılıb. Vətəndaşlar Efiopiya vasitəsilə Türkiyəyə çatdırılacaq”, – XİN-dən bildirilib.

Qeyd edək ki, Suveren Şuraya rəhbərlik edən ordu komandiri Əbdülfəttah əl-Burhan ilə şurada onun müavini olan çevik reaksiya qüvvələrinin rəhbəri Məhəmməd Həmdan Daqalo (Hamidti) arasındakı fikir ayrılıqları səbəbindən Sudanda vəziyyət kəskin şəkildə pisləşib.

Mənbə: TRT

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir