Dünya

“Napoli” azarkeşləri “Milan” futbolçularına səhərə qədər yatmağa imkan vermədilər – VİDEO

Sharing is caring!


“Napoli”nin bir qrup azarkeşi Çempionlar Liqasının 1/4 final mərhələsi oyunu üçün Neapolda olan “Milan” futbolçularının qaldığı hotelin qarşısına yığışıblar.

Fanatlar gecə ərzində yüksək səslə müxtəlif mahnılar oxuyublar və atəşfəşanlıq ediblər. Onlar bununla rəqib oyunçuları narahat etməyə, onların yatmasına imkan verməməyə çalışıblar. Məlumata görə, onlar istəklərinə nail olmağı bacarıblar.

Azarkeşlər hotelin girişində yerləşdirilən bir neçə polis tərəfindən izləniliblər.

Bu gün keçiriləcək “Napoli” – “Milan” oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Milanda keçirilmiş ilk matçda “rossoneri” 1:0 hesablı qələbə qazanıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir