Dünya

İsrail çempionatı oyununda dava: Ərəblərə hücum çəkdilər – VİDEO

Sharing is caring!


İsrail çempionatının pley-off mərhələsində keçirilmiş “Bney Saxnin” – “Beytar Yerusəlim” oyununda azarkeşlər arasında iğtişaş yaşanıb.

Matç zamanı qonaq komandanın fanatları yerli azarkeşlərə hücum çəkiblər. Onlar hətta ev sahiblərinin ehtiyat oyunçular skamyasına yaxınlaşmağa çalışıblar. Bu səbəbdən oyunda müvəqqəti fasilə yaranıb.

Fanatlar “Qanımıza and olsun, qanımızla “Əl-Əqsa”nı müdafiə edəcəyik”, “Ərəblərə ölüm!” şüarları səsləndiriblər.

“Bney Saxnin” ərəb komandasıdır və azarkeşlərinin əksəriyyəti fələstinlilərdir. Bu səbəbdən adıçəkilən komandalar arasında siyasi motivli rəqabət var.

Baş verən insidentə baxmayaraq, matçı davam etdirmək mümkün olub. “Bney Saxnin” rəqibini 4:3 hesabı ilə məğlub edib.

Mənbə: “Eretz Sport”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir