Dünya

Ərdoğan: “Ölkəmizin ilk yüksəkdəqiqlikli peykini qürurla kosmosa göndərdik” – VİDEO

Sharing is caring!


Türkiyənin ilk müşahidə peyki olan və TÜBİTAK UZAY mütəxəssisləri tərəfindən hazırlanmış İMECE ABŞ-nin Kaliforniyadakı Vandenberq bazasından orbitə buraxılıb.

Peykin uğurla orbitə buraxılmasından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın videomüraciəti paylaşılıb.

“Ölkəmizin ilk yüksəkdəqiqlikli peykini – Türkiyənin 100 illiyinin müjdəçisi olaraq qürurla kosmosa göndərdik”, – deyə o bildirib.

Qeyd edək ki, dünyanın istənilən yerindən yüksək keyfiyyətli təsvir (bir metrə qədər ayırdetmə qabiliyyəti ilə) əldə etməyə imkan verəcək 680 kq-lıq peykin xidmət müddəti beş ildir.

İlk zond peykinin hədəflərin müəyyən edilməsi və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasından tutmuş, kənd təsərrüfatı sektorunun inkişafına töhfə verməyə qədər imkan diapazonu genişdir.

“SpaceX”in daşıyıcı aparatı İMECE ilə yanaşı, daha üç türk peykini – KILIÇSAT, PLAN-S və CONNECTA T2.1-i orbitə çıxarır.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir