Dünya

İrəvanda Azərbaycan bayrağını yandıran təxribatçı saxlanılıb

Sharing is caring!


Ermənistanda keçiriliən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağını yandıran Aram Nikolyan polis şöbəsinə aparılıb.

Bu barədə onun vəkili Aleksandr Koçubayev sosial şəbəkədə məlumat verib.

“Nikolyan Malatiya polis şöbəsinə gətirilib. İlkin məlumatlara görə, xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb”, – deyə Koçubayev bildirib.

Xatırladaq ki, İdman-Konsert Kompleksində keçirilən təntənəli mərasimdə erməni təxribatçı bayraqdarın əlindən Azərbaycan bayrağını götürüb və yandırıb.

Mənbə: “Sputnik” Ermənistan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir