Dünya

Fransada kütləvi etirazlar nəticə vermədi

Sharing is caring!


Fransa Konstitusiya Məhkəməsi pensiya yaşının 64-ə qaldırılmasını təsdiqləyib.

Bu barədə BFMTV telekanalı məlumat verib.

“Fransa Konstitusiya Şurası pensiya yaşının 64 yaşa qaldırılmasını nəzərdə tutan pensiya islahatı qanun layihəsinin əsas maddəsini təsdiqlədi”, – deyə Fransa telekanalı xəbər verib.

Qeyd olunub ki, məhkəmə qanun layihəsinin digər bəndlərini təsdiq etməyib. Xüsusən də yaşı 55-dən yuxarı olan vətəndaşları işə qəbul etməkdən imtina edən təşkilat və müəssisələr üçün cərimələrin tətbiqi ilə bağlı bənd təsdiq edilməyib.

Xatırladaq ki, Fransada yanvarın sonundan pensiya islahatlarına qarşı kütləvi küçə etirazları keçirilir. Fransa Prezidenti Emmanuel Makronun sözlərinə görə, böhran fonunda əvvəlki həyat səviyyəsinin saxlanılması və pensiya alınması üçün fransızlar daha çox çalışmalı olacaqlar. Pensiya islahatı layihəsi 2031-ci ilə qədər pensiya yaşının tədricən 62-dən 65-ə qaldırılmasını nəzərdə tutur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir