Dünya

Məşhur rusiyalı müğənni Linda Bakıda konsert verəcək – VİDEO

Sharing is caring!


Məşhur rusiyalı müğənni Linda (Svetlana Lvovna Qeyman) oktyabrın 21-də Heydər Əliyev Sarayında “Life” adlı konsert proqramı ilə çıxış edəcək.

Qeyd edək ki, bu, müğənninin Azərbaycanın paytaxtına ilk səfəri olmayacaq.

Linda onun bəstələrinin bəstəkarı Maksim Fadeyevdən ayrıldıqdan sonra müstəqil şəkildə şeir və musiqi yazmağa başlayıb. O, həmçinin Yevgeni Pozdnyakov, Mara və Lyubaşa kimi müəlliflərlə əməkdaşlıq edir.

Müğənninin səhnə obrazı və qeyri-adi musiqisi heç kəsi laqeyd qoymayacaq. Onun “Vorona”, “Malo oqnya”, “Severnıy veter”, “Tak kriçali ptitsı”, “Marixuana”, “Sepi i koltsa” kimi kompozisiyaları isə fanatları tərəfindən çox sevilir.

Lindanın konsertinə biletləri internet saytından, tətbiq proqramından və şəhərin bütün “iTicket” kassalarından əldə etmək olar. Həftənin sonuna kimi 25% endirim mövcuddur.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir