Dünya

Tarixdə ən böyük Filippin – ABŞ hərbi təlimi başlayıb

Sharing is caring!


Filippin və ABŞ tarixlərinin ən böyük ortaq hərbi təliminə başlayıb.

Onlar Çin ordusunun Tayvan yaxınlığında keçirdiyi analoji tədbirlərə cavab xarakteri daşıyır.

“Balikatan” və ya Filippin dilindən tərcümədə “Çiyin-çiyinə” adlandırılan manevrlərə təxminən 12 200 amerikalı, 5 400 filippinli və 100-dən bir qədər çox avstraliyalı hərbçi cəlb olunub ki, bu da keçən illə müqayisədə iki dəfə çoxdur.

Təlim çərçivəsində, demək olar ki, bütünlüklə Pekinin iddia etdiyi Cənubi Çin dənizində ilk dəfə canlı atışlar həyata keçiriləcək. Bura, həmçinin Tayvanın təxminən 300 kilometrliyində, əsas Luzon adasının şimal burnunda yerləşən Filippin adasına hərbi helikopterlərin enişi daxildir.

Mənbə: dw.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir