Dünya

Ukraynada həlak olan hərbçilərin sayı ilə bağlı məlumatlar dövlət sirri ola bilər

Sharing is caring!


Ukraynada silahlı qüvvələrin həlak olan hərbçilərinin basdırıldığı kütləvi məzarlıq və qəbiristanlıqlarda foto və videoçəkilişlər qadağan edilə bilər.

Məlumata görə, hazırda müvafiq qanun layihəsi artıq Ali Radaya təqdim olunub. Qəbul ediləcəyi təqdirdə öldürülən hərbçilərin sayı ilə bağlı məlumatlar dövlət sirri olacaq.

Qanun layihəsinin müəlliflərinin fikrincə, belə yerlərdə foto və videoçəkilişlər Rusiyaya “qiymətli kəşfiyyat məlumatları” verə bilər. Həmçinin bu cür görüntülər Ukrayna sakinləri arasında mənfi məlumatların yayılmasına səbəb ola bilər.

Bu məlumatı istefada olan ukraynalı polkovnik Eduard Basurin özünün “Telegram” kanalında təsdiqləyib. Onun sözlərinə görə, bu qanun layihəsi qəbul olunsa belə bu, Ukrayna Silahlı Qüvvələri hərbçilərinin itkiləri barədə məlumatları gizlətməyə kömək etməyəcək.

Mənbə: MK.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir