Dünya

Qazaxıstan avtomobil yolu ilə buğda idxalına qadağa qoyub

Sharing is caring!


Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi altı ay müddətinə respublikaya avtomobil yolu ilə buğda idxalına qadağa qoyub.

“Üçüncü ölkələrdən və Avrasiya İqtisadi İttifaqı ölkələrindən avtomobil nəqliyyatı ilə Qazaxıstan Respublikasının ərazisinə buğdanın idxalına altı ay müddətinə qadağa qoyulsun”, – deyə sənəddə bildirilib. Sərəncam rəsmi dərc edildiyi gündən qüvvəyə minir.

Sözügedən qərar son bir neçə ildə qeyri-qanuni buğda idxalından əziyyət çəkən Qazaxıstan taxıl və un bazarında mövcud vəziyyətlə əsaslandırılıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir