Cəmiyyət

Xırdalanda sahibsiz küçə itləri uşaqlara hücum edir? – İcradan çıxış yolu – AÇIQLAMA + VİDEO

Sharing is caring!


Xırdalanda şəhər mərkəzini itlər ələ keçirib.

Bu barədə Oxu.Az-ın redaksiyasına daxil olan vətəndaş şikayətində qeyd edilib.

Vətəndaş Kərəm Qurbanov iddia edir ki, hazırda Heydər Əliyev adına parkda və onun ətrafında küçə itləri insanları rahat hərəkət etməyə qoymur:

“Sahibsiz küçə itləri ilə bağlı dəfələrlə icra hakimiyyətinə müraciət etmişik. Amma məsələyə baxan yoxdur. Bu itlər əhali üçün böyük təhlükədir. Martın 16-da uşaqları parka gəzməyə aparanda itlər bizə hücum etdi. Mən artıq kimə müraciət edəcəyimi bilmirəm. Hazırda bu vəziyyət parkda uşaqların sağlamlığına ciddi risk yaradır. Gərək küçə itləri kiməsə hücum etsin, sonra bu məsələyə baxılsın?”

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Seymur Qasımbəyli Oxu.Az-a açıqlamasında bildirib ki, sahibsiz küçə itləri ilə bağlı Abşeronda sığınacağın tikilməsi üçün qərar verilib:

“Bu məsələ ilə bağlı verilən qərar əsasında artıq yer ayrılıb. Sənədləşmə işləri aparılır. Sənədləşmə işləri yekunlaşdıqdan sonra sığınacağın tikintisinə başlanacaq”.

Sığınacağın inşasının və istifadəyə verilməsinin dəqiq tarixinin bəlli olmadığını deyən S.Qasımbəyli onu da əlavə edib ki, mövzu ilə əlaqədar icra hakimiyyəti olaraq “Toplan” Sahibsiz İtlər Qayğı Mərkəzinə də müraciət ediblər:

“Mərkəzdən bizə bildirildi ki, onlar yalnız paytaxt ərazisindəki sahibsiz küçə itlərinə baxırlar. Bu səbəbdən də müvafiq sığınacağın tikintisinə qərar verildi. Bildiyiniz kimi, sahibsiz küçə itlərini öldürmək, məhv etmək qətiyyən olmaz”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir