Dünya

Rusiya ilk dəfə olaraq İrana təmir üçün təyyarə göndərib

Sharing is caring!


Rusiyanın ən böyük aviaşirkəti “Aeroflot” ilk dəfə olaraq İrana təmir üçün “Airbus A330-300” təyyarəsini göndərib.

Bu, Rusiyaya qarşı tətbiq edilən sanksiyalara görə baş verib.

Aviadaşıyıcının nümayəndəsi bunu təsdiqləyib.

Məlumata görə, RA-73700 qeydiyyat nömrəli layner aprelin 5-də Tehrana uçub. İranın ən böyük “Mahan Air” aviadaşıyıcısının əməkdaşları təyyarənin eniş şassisinə texniki qulluq və digər işləri həyata keçirməyə hazırlaşırlar.

“Aeroflot” nümayəndəsi bildirib ki, “Mahan Air” “lazımi maddi bazaya, sertifikatlara və böyük təcrübəyə malikdir, provayder texniki xidməti yüksək keyfiyyətlə həyata keçirir.

Qeyd edək ki, əvvəllər aviadaşıyıcının təyyarələrinə digər şirkətlər, məsələn Honkonqun HAECO şirkəti xidmət göstərirdi.

Xatırladaq ki, 2022-ci ilin iyulunda İran və Rusiya hakimiyyət orqanları Rusiya təyyarələri üçün hissələrin və avadanlıqların tədarükü, eləcə də təyyarələrin təmiri və texniki xidmətini nəzərdə tutan saziş imzalayıblar. Halbuki, İran özü uzun illərdir ki, sanksiyalar altındadır. Təyyarələrin köhnəlməsi, zəif texniki xidmət və ehtiyat hissələrin çatışmazlığı İranda bir neçə böyük təyyarə qəzasına səbəb olub.

Mənbə: meduza.io

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir